Mən indi sizi 1992-ci il 07--08 avqust tarixində Başkənd - Mutudərə əməliyyatında iştirak edən, Başkəndə hücum edən qüvvələrlə və eyni zamanda həmin zaman hərbi hissədə olan peşəkar zabitlərlə tanış edirəm:
-- 861 saylı HH-nin komandiri-- Polkovnik leytenant Rüstəmov Cahangir - Ukraynada Vasilkovo Hərbi Aviasiya Məktəbində təhsil alıb. Sovet ordusunda Qırmızı Ulduz ordeninə layiq görülüb.
-- 861 saylı hh-nin QR - kapitan Nadir Qasımov. Ukraynada Donetsk Hərbi Siyasi məktəbdə təhsil alıb.
-- 861 saylı HH komandirinin silahlanma üzrə müavini (MTO) Baş leytenant Dilqəm Əliyev. 1982--1986-cı illərdə Bakı Ali Ümumqoşun Komandirləri məktəbində təhsil alıb. 1986--1992-ci illərdə Ukraynadfa məşhur Dəmir Diviziyada xidmət edib. Zabit Məharət dərəcəsi--USTA.
-- Mayor Süleyman Yusifov. 861 saylı hh-nin Arxa cəbhə üzrə müavini. Ukraynada Vasilkovo Aviasiya məktəbini bitirib.
-- 2-ci batalyonun komandiri polkovnik leytenant Malbaxov Vyaçeslav. Rusiya Federasiyasının Kabardino Nalçik şəhərində Alı Ümumqoşun məktəbində təhsil alıb. Əfqanıstan döyüş məktəbini keçib,200-dən çox uğurlu əməliyyatları həyata keçirib. Sovet Ordusunda Qırmızı ulduz ordeninə layiq görülüb.
-- 4-cü batalyonun komandiri kapitan Rizvan Pirnəzərov. Rusiya Federasiyasında Ali Siyasi məktəbi bitirib,Əfqanıstan döyüş məktəbini keçib.
-- 1-ci batalyonun QR Kapitan İlham Əliyev. 1982--1986-cı illərdə Bakı Ali Ümumqoşun məktəbində təhsil alıb. Ukraynada 1986--1992-ci illərdə məşhur Dəmir Diviziyada xidmət edib. Zabit Məharət dərəcəsi-- 1-ci dərəcə.
-- Artilleriya Divizionunun taqım komandiri Leytenant Məmmədov Dəmir. Rusiya Federasiyasında Ali Artilleriya məktəbini bitirib.
-- 4-cü batalyonun rabitə rəisi leytenant Musayev Hafiz. Rusiya Federasiyasında Ali Rabitə məktəbini bitirib.
Bəli Başkəndə hücumdan əvvəl hərbi hissədə olan peşəkar zabitlər yuxarıda adlarını sadaladığım adamlar idilər. Onu da qeyd edirəm ki,hərbi hissəmizdə peşəkar olmasa da ümumi işə ürəkdən can yandıran, bütün bacarığını ortaya qoyan hərbçilər də var idilər. Onlardan da bəzilərini sizə təqdim edirəm:
-- Baş leytenant İmanov Eldar -- 861saylı HH-nin Rabitə rəisi.
-- Gizir Pünhan Əliyev -- 2-ci batalyonun Kəşfiyyat taqım komandiri.
--Gizir Sahib Rüstəmov -- Artilleriyaçı, 2-ci batalyonda minomyot taqıminin komandiri.
-- Baş leytenant Ayaz Gözəlov -- 861 saylı HH-nin Avtomobil Xidmət rəisi.
-- Gizir Məmişov Əli-- 861 aylı HH-nin RAS xidmət rəisi.
--Leytenant Həsənov Telman -- 861 saylı HH-nin Kəşfiyyat rotasının komandiri.
-- Leytenant Aznaurov İsgəndər -- Artilleriya Divizionunda taqım komandiri.
-- Baş leytenant Bədirbəyli Səbuhi Artilleriya Divizionunda batareya komandiri.
--Gizir Həsən Abdullayev -- Kəşfiyyat rotasının Starşinası... Mən bu siyahını çox uzada bilərəm...
Əlavə olaraq onu da qeyd edirəm ki, hərbi hissəmizdə çoxlu sayda peşəkar gizirlər var idilər ki, onlar Sovet Ordusundan bizim hərbi hissəmizə gəlmişdilər. Üstəlik Komandirləri Kapitan Heydərov Sərdar olan Dəli Kür Praporşiklər rotası da yaradılmışdı. Bu onu göstərir ki,861 saylı alay həmin dövr üçün respublikada olan bütün digər hərbi hissələrdən öz tərkibinə görə çox seçilirdi. Yəni bizim HH-mizdə öz işini dəqiq bilən hərbçilər çoxluq təşkil edirdilər. Bu adamların hamısı silah və taxnikadan yaxşı istifadə edirdilər.
Əməliyyatda iştirak edən Qüvvələr:
-- 1-ci batalyon.
-- Təmir rotası.
-- Maddi texniki təminat rotası.
-- Daşkəsəndən (3-cü batalyon) gələn 1 (bir) rota.
-- 4-cü batalyon.
-- Mühafizə rotası.
-- SPQ-9 rotası.
-- Artilleriya batareyası.
-- ZRAB.
-- Kəşfiyyat rotası.
-- Qazaxdan göndərilən D-30 taqımı.(3 ədəd) (komandirləri baş leytenant Hacıyev Ərəstun)
-- Qazaxdan göndərilən T-72 (tank) taqımı və 2(iki)ədəd PDM-2.(komandirləri baş leytenant Salmanov Eldar)
-- Aqstafadan göndərilən BM-21 QRAD qurğusu-2(iki)ədəd.(komandirləri leytenant Aşurov Maqsud.)
-- Bakıdan gələn 40 nəfərlik xüsusi təyinatlılar.
-- 2-ci batalyon dağlarda mövqelənib düşmənin hücumunun qarşısını almalı idi... Əməliyyatın rəhbəri Polkovnik leytenant Cahangir Rüstəmov...
ARDI VAR...
Dilqəm Əliyev