Rusiyada PARTLAYIŞ

Rusiyanın Voronej vilayətində dəmiryolu xəttində partlayış baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb.

Bildirilib ki, insident Yevdakovo və Saquni stansiyaları arasındakı hissədə qeydə alınıb.

Partlayış nəticəsində dəmiryolu infrastrukturu zədələnib. İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, iyunun 1-nə keçən gecə saatlarında Bryansk vilayətinin Vıqoniçi kəndi ərazisində partlayış nəticəsində körpü uçub, həmin an onun altından sərnişin qatarı keçib. Hadisə nəticəsində 7 nəfər ölüb, daha 73 insan yaralanıb.

Share on Facebook