"Sümüktökülən dərə" - dəhşətli qırğının şahidi və "qəbristanlığı"

1918-ci il may ayının 4-də er­mə­ni­lər giz­li yol­la Andra­ni­kin qo­şu­nu­nu Ba­sar­ke­çər əra­zi­si­nə gə­tir­miş, hə­min ge­cə er­mə­ni or­du­su qəf­lə­tən mü­səl­man­la­rın ya­şa­dıq­la­rı kəndlə­rə hü­cum et­mişdilər. Er­mə­ni­lər kəndlə­ri yan­dı­rır, ta­lan edir, dinc əha­li­ni isə iş­kən­cə­lər­lə qət­lə ye­ti­rir­miş­lər. Aşıq Nə­cəf də məhz hə­min dö­yüş­lər za­ma­nı qay­nar sa­mo­var­la yan­dı­rı­la­raq öl­dü­rül­müş­dür.

O vaxtkı Kə­vər (Ka­mo), Ba­ya­zit (Se­van), Gö­zəl­də­rə, Ha­ça­lı, Yar­pız­lı, Əziz­li, Tüs­gü­lü, Yu­xa­rı Za­ğa, Aşağı Za­ğa, Kər­ki­baş, Qan­lı, Qırxbu­laq, Aşa­ğı Məz­rə, Yu­xa­rı Məz­rə, Daş­kənd, Aşa­ğı Şor­ça, Yu­xa­rı Şor­ca, Sa­rı­ya­qub, Qa­ya­ba­şı, Zər­kənd, Ağ­kil­sə, Pən­bəh, Nə­ri­man­lı, Ağ­yo­xuş, Qa­ra­qo­yun­lu, Göy­su, Ca­nəh­məd, İnək­da­ğı, Şiş­qa­ya, Se­van Şor­ca­sı, Tox­lu­ca, Zod, ümu­miy­yət­lə, otuz beş kənd Andro­ni­kin qo­şu­nu tə­rə­fin­dən baş­dan-ba­şa da­ğı­dılmış­, Ba­sar­ke­çər kən­di er­mə­ni­lə­rə qur­ban ve­ril­mişdi. Mü­səl­man əha­li o qə­dər qı­rıl­mış­dı ki, kəl­bə­cər­li­lər on­la­rı dəfn et­mə­yi çat­dı­ra bil­məmiş­di.

Kəl­bə­cə­rə ya­xın olan «Dik­yurd» və «Sö­yüd­lü» yay­laq­la­rın­da­kı qır­ğın­lar da­ha dəh­şət­li ol­muş­dur. «Sü­mük­tö­kü­lən də­rə» hə­min il­lə­rin şa­hi­di ki­mi göz da­ğı­na çev­ril­miş­dir. Hə­min dö­yüş­lər­də və qır­ğın­lar­da Göy­çə ma­ha­lı özü­nün 17 min nə­fər əha­li­si­ni itir­miş­dir...

Unu­dul­maz dəh­şət­dir ki, dağ­da qı­rı­lan göy­çə­li­lər­dən kim­sə xə­bər tut­ma­mış­dır. Son il­lə­rə qə­dər sü­mük­lə do­lu olan o müd­hiş də­rə «Sü­mük­tö­kü­lən də­rə» adı ilə coğ­ra­fi mə­ka­na çev­ril­miş­di.

1918-ci ilin qı­şın­da Er­mə­nis­tan iş­ğal­çı­la­rı Kəl­bə­cə­rin şi­ma­lın­da yer­lə­şən, o vaxt və elə son­ra­lar da 32 kənddə qə­dim sa­kin olan azə­ri türklə­ri­ni Kəl­bə­cər əra­zi­si­nə qov­muş, on­la­rın bü­tün var-döv­lət­lə­ri­ni ta­lan etmiş­di­lər. Hə­min ilin qı­şı gö­rün­mə­miş sərt ke­çmişdir. Onu de­mək ki­fa­yət­dir ki, ge­cə ikən şid­dət­li bo­ran və tu­fan­da 3-4 yüz ai­lə ayaq­ya­lın-ba­şı­a­çıq də­rin dağ də­rə­sin­də qa­rın al­tın­da qa­la­raq, ta­ma­mi­lə qı­rıl­mış­, sa­la­mat qa­lan­Lar isə Kəl­bə­cər ca­ma­a­tı­na sı­ğın­mış­dılar.

Kəl­bə­cə­rin Er­mə­nis­tan­la həm­sər­həd ol­ma­sı za­man-za­man tor­paq­la­rı­nın er­mə­ni­lər tə­rə­fin­dən zəbt olun­ma­sı­na və ya keç­miş So­vet­lər Bir­li­yi döv­rün­də məkrli si­ya­sət nə­ti­cə­sin­də «pay» ve­ril­mə­si­nə sə­bəb olan amil­lər­dən bi­ri idi. Kəl­bə­cər əra­zi­sin­də­ki ye­ral­tı və ye­rüs­tü xə­zi­nə­yə gö­rə o, da­im öz­gə­lə­rin ta­ma­hı­na sə­bəb ol­muş­dur.

Məhəmməd NƏRİMANOĞLU

Share on Facebook