Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə Tbilisi şəhər məhkəməsinin 9 illik hökmünü sürpriz adlandırıb.
Sozcu.az xəbər verir ki, eks-prezidentin sözlərinə görə, bu cəza onun üçün “praktiki olaraq ömürlükdür”.
"Prezident administrasiyasının rəsmi xərclərinə görə məni praktiki olaraq ömürlük həbs etdilər... Bizi qorxutmayacaqlar! Birlikdə güc!" - Saakaşvili paylaşımında qeyd edib.
Martın 12-də Gürcüstan məhkəməsi Saakaşvilini 3,2 milyon dollardan çox büdcə vəsaitini mənimsəməkdə ittiham edərək 9 il müddətinə azadlıqdan məhrum edib.