Qəzza zolağında son 24 saat ərzində İsrailin endirdiyi zərbələr nəticəsində 106 nəfər həlak olub.
Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olanların ümumi sayı 52 760 nəfərə çatıb, daha 119 264 nəfər yaralanıb.