Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün Ağsu rayon ərazisində olub.
İlkin məlumata görə, hadisə zamanı 8 nəfər xəsarət alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir.
DİN-in Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.