Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
AÇIQ MƏKTUB
Surəti
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov cənabına.
Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov cənabına.
Dövlət Neft Şirkətinin prezidenti cənab Rövşən Nəcəfə!
Yüksək vəzifəli məmurlara...
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, jurnalist RƏHİMLİ XATİRƏ ƏZİZ qızından (Xatirə Əziz) açıq məktub.
Birbaşa mətləbə keçirəm. Şair-jurnalistəm, 25 ildir ki, mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Mənzilim yoxdur. Ailə üzvlərimlə birgə 39 dəfə kirayə "ev"lərə köçmüşük. (əgər ev demək mümkünsə).
Çox böyük təəssüf hissilə deyirəm ki, jurnalistlər üçün tikilmiş 3 yaşayış binasının heç birində mənə mənzil verilmədi.
Mənzil problemimlə bağlı Azərbaycan Prezidentinə, dövlətin aidiyyatı qurumlarının rəhbərlərinə, məmurlara və yüksək vəzifəli şəxslərə açıq məktub şəklində yazılı müraciət etmək qərarına gəldim.
Alman filosofu, filoloqu, mədəniyyətşünası, şairi, bəstəkarı Fridrix Nitsşe belə söz deyib:
"Yaşamaq üçün səbəbiniz varsa, hər şeyin öhdəsindən gələ bilərsiniz".
Bəli, tamamilə düzgün və çox düşündürücü sözlərdir. Elə mənim də yaşamaq üçün çox səbəbim var. Çünki mən YARADICI insanam, ədəbiyyat adamıyam, şair-jurnalistəm, yazıb yaratmalıyam.
Cənab məmurlar, məni mənzillə təmin edin ki, kirayə daxmalarda min bir əzab-əziyyət içində yaşamaqdan canım qurtula bilsin...
Mənzilim olmadığı üçün uzun illər ailə üzvlərimlə birlikdə məcburiyyət qarşısında qalaraq 39 dəfə kirayə "mənzil"lərə köçüb çox çətin şəraitdə yaşamışıq.
Kirayələrdə - başqalarının "mənzil"ində illər boyu zülüm içində, min bir əzablarla yaşamaq sözün əsl mənasında çox çətindir və çox ağrılıdır.
Azərbaycanda mənim kimi elə ziyalılar var ki, kirayə qaldıqları, divarından kifli qara su axan soyuq daxmaların küncündə, qaranlıq zirzəmilərdə çürüyərək ürəkləri qubar olub çərləyirlər.
Paytaxt Bakıda minlərlə hündürmərtəbəli yaşayış binaları tikilib. Həmin çoxmənzilli binaların hər birində yüzlərlə boş mənzillər var. O da məlumdur ki, həmin yaşayış binalarındakı yeni mənzillərin bir neçə faizi dövlətin tabeliyində olur.
Nə üçün o mənzillərdən digər ədəbiyyat adamlarına, sənət adamlarına və jurnalistlərə verildiyi kimi mənə verilmir? Mən niyə mənzillə təmin olunmuram?
Axı səhhətimdə çox ciddi problemlər var. Çünki neçə illər cəbhə bölgələrində ana Vətənin keşiyində dayanan qorxmaz, Vətənsevər əsgərlərin qarşısında şair-jurnalist kimi çıxış etmişəm.
Ədəbiyyat adamı kimi və şair-jurnalist olaraq göstərdiyim fəaliyyətimlə Vətəni düşməndən qoruyan əsgərlərin ürəyində neçə illər Vətənpərvərlik ruhunu aşılamışam.
Uzun illərdir qələmimi süngüyə çevirib Qarabağ torpağına-cəbhə bölgələrinə dəfələrlə çoxlu sayda səfər etmişəm.
Cəbhənin ən qaynar nöqtələrində ayrı-ayrı N saylı hərbi hissələrdə, taborlarda, bölüklərdə gün ərzində-hətta elə olub ki, 7- 8 dəfə tədbir keçirmişəm, Vətənpərvərlik mövzusunda çoxlu sayda görüşlər təşkil etmişəm. Bu görüşlər Vətənin keşiyində duran əsgərlərimiz tərəfindən çox yüksək səviyyədə qarşılanıb.
Cəbhə bölgələrinin hər bir kəndində Vətəni düşməndən qoruyan igid oğullarımızın, əsgərlərimizin önündə şair-jurnalist kmi saysız-hesabsız görüşlərdə çıxışlarım olub.
Ağdamda, Tərtərdə, Füzulidə, Beyləqanda, Naftalanda, Qazaxda, Goranboyda, Tovuzda, Ağstafada, Şəmkirdə, Yuxarı Ağcakənddə, Aşağı Ağcakənddə, Gəncədə, Daşkəsəndə, Toğanalıda, Bakı və Bakı ətrafında, eləcə də ən yüksək zirvədə yerləşən Murovdağda, həmçinin digər rayon və kəndlərdə yurdum Azərbaycanın Vətənpərvər, igid əsgərlərinin qarşısında şair-jurnalist olaraq yaddaqalan görüşlər keçirmişəm, tədbirlərdə yüksək səviyyədə iştirakım olub.
Əsgərlərdə Vətənpərvərlik ruhunu aşılayıb, onlara ana Vətəni sevdirməyi bacarmışam. Böyük qürur hissilə deyirəm ki, həm bir VƏTƏNDAŞ kimi, həm də şair-jurnalist olaraq göstərdiyim və nümunə olacaq bu fəaliyyətimlə fəxr edirəm.
Fəxarətlə söyləyirəm ki, şair-jurnalist kimi əsgərlərin qarşısında çıxış etdiyim günlər ömrümün ən xoşbəxt, ən bəxtəvər günləridir.
Onu da qeyd edim ki, yuksəklikdə yerləşən Yuxarı Ağcakəndin, Aşağı Ağcakəndin, Toğanalının, Murovdağın, Əzgillinin, eləcə də digər rayon və kəndlərin sərt qışında, soyuğunda, şaxtasında ciyərlərim sətəlcəm olub, bronxlarımda allergiya, nəfəsimdə isə çatışmazlıq, nəfəsdarlığı yaranıb.
Vətənimə canım fəda. Təki VƏTƏN yaşasın!
Ürək ağrısı ilə deyirəm ki, neçə illərdir nəfəsdarlığına, nəfəsçatışmazlığına görə normal şəkildə nəfəs ala bilmirəm. Yəni səhhətimdə yaranmış problemdən sözün əsl mənasında əzab-əziyyətə, ağrılara düçar olmuşam.
Ayrı-ayrı dərman preparatlarından, eləcə də Almaniya istehsalı olan bir neçə adda aerozoldan istifadə etməklə nəfəs alıram. O da məlumdur ki, bu müalicələr böyük maliyyə hesabına başa gəlir.
Səhhətimdəki bu problemlər ucbatından neçə ildir ki, bronxial-astmadan əziyyət çəkirəm.
Hal-hazırda divarları su içində olan, kifə bürünən, kommunal şəraiti olmayan, döşəməsi asfalt-daş örtüklə döşənmiş, divarlarından qapqara kifli su axan "ev"də (əgər ev demək mümkünsə) çox böyük çətinliklə baş-başa qalıb zülüm içində yaşayıram...
MƏN, şair-jurnalist kimi VƏTƏNimə xidmət edirəm. Amma təəssüflər olsun ki, Bakı şəhərində yeni tikilmiş yüzlərlə yaşayış binaları olsa da, dövlətin aidiyyatı qurumlarının rəhbərləri məni mənzillə təmin etmirlər.
Çox sevdiyim Vətənimə yetərincə xidmətim var. Təəssüf hissilə bir daha vurğulayıram ki, bu problemlə bağlı dövlətin aidiyyatı qurumlarına dəfələrlə yazılı müraciət etsəm də, yüksək vəzifəli şəxslər, məmurlar ailə üzvlərimlə birlikdə yaşamaq üçün mənə mənzil vermirlər.
Vətəninə yüksək səviyyədə xidməti olan ziyalı bir xanıma qarşı, ədəbiyyat adamına qarşı nə üçün belə münasibət göstərilir?
Cənablar, bir daha sizlərdən artıq dərəcədə xahiş edirəm ki, məni mənzillə təmin edin, ömrümü-günümü öz ana VƏTƏNimdə kirayədə zülüm içində yox, normal şəkildə yaşaya bilim.
Bir daha qeyd edirəm ki, səhhətimdəki problemin ağırlığına, ciddiliyinə görə demək olar ki, hər ay müalicə qəbul edirəm.
Səhhətimlə bağlı qarşılaşdığım problemlər şair-jurnalist kimi yaradıcılığıma çox mane olur. Ən əsası isə mənzilim olmadığı üçün YARADICI insan kimi, şair kimi, jurnalist kimi, ədəbiyyat adamı kimi yaradıcılığımla çox ciddi məşğul ola bilmirəm.
İnsan məgər ömrü boyu kirayə mənzillərdə yaşayarmı? Ailə üzvlərimlə birlikdə köçüb yaşadığımız 39 kirayə "mənzil"də həqiqətən də çox böyük əzab-əziyyət çəkmişik.
MƏN, saysız-hesabsız təbii sərvətlərə malik, milyonlar səltənəti olan Azərbaycanın VƏTƏNDAŞıyam axı.
Mənim çox zəngin ölkəm olduğu halda nəyə görə MƏN, kirayə "mənzil"lərdə dözülməz vəziyyətdə, məşəqqət içində yaşamalıyam?
Azərbaycanın ziyalı xanımı kimi düşünürəm ki, ölkə başçısının tapşırığı ilə çox yaxın günlərdə mənzil problemim öz həlli yolunu tapacaq!
Bu ay, yəni MAYın 25-də ulu Şirvan yurdunda-Ağsuda dünyaya göz açdığım gündür. Ömrümün belə bir əlamətdar günündə Azərbaycan Prezidenti cənab İlham Əliyev məni mənzillə təmin etsə, bu, şair-jurnalist kimi, ədəbiyyat ADAMı kimi mənə dövlətim tərəfindən sözün həqiqi mənasında çox qiymətli hədiyyə olar!
Düşünürəm ki, ölkə başçısı şair-jurnalist kimi Vətənimə göstərdiyim yüksək əməyimi qiymətləndirər və məni də digər ədəbiyyat adamları kimi, jurnalistlər kimi evlə təmin edər.
İyulun 22-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək.
Ümid edirəm ki, jurnalist kimi 25 illik fəaliyyətimə dövlət tərəfindən dəyər verilər, mən də mənzillə təmin olunaram...
Əminəm ki, mənzil problemimlə bağlı rəsmi qaydada etdiyim müraciətlərim öz ünvanına çatsa, eləcə də bu məsələ ilə əlaqədar olaraq mənimlə bağlı ölkə prezidentinə təqdimat göndərilsə, cənab Prezident İlham Əliyev mənə də mənzil hədiyyə edər.
P. S. İnanıram ki, doğma ana Vətənimdə mənim də mənzilim olacaq!!!
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist