Əlimərdan bəy Topçubaşi'nin vəfatından 91 il ötür

Əlimərdan bəy 1934-cü il noyabr ayının 5-də Parisdə vəfat etmişdir. Onun dəfn mərasimi noyabrın 8-də keçirilmişdir. Cənazə Paris məscidinin imamı Seyid Əli Yəhyayinin oxuduğu dualarla yerdən qaldırılmışdır. Mərhum Sen-Klu qəbristanlığında, çoxsaylı yaxınlarının və dostlarının iştirakı ilə torpağa tapşırılmışdır. Cənazə mərasiminin önündə mərhumun oğulları – Ələkbər bəy və Ənvər bəy Topçubaşov, həyat yoldaşı Pəri xanım Topçubaşova, qızları Sara xanım Sultanoğlu və Sevər xanım Topçubaşova, onların ardınca isə Azərbaycan Nümayəndə heyətinin və Azərbaycan Milli Şurasının üzvləri gedirdilər. Azərbaycan ənənəsinə uyğun olaraq mərhumun nəşi qoyulmuş və güllərlə bəzədilmiş mafə oğullarının və yaxın adamlarının çiyinlərində evdən çıxarılaraq qəbiristanlığa gətirilmişdir. Burada isə Əlimərdan bəyin nəşi dostları və yaxınları tərəfindən mollanın oxuduğu Quran ayələri altında torpağa tapşırılmışdı. Mərhumun qohumları və yaxınları təzə qəbrin üzərinə çiçək dəstələri düzmüşlər. Əlimərdan bəyin ruhuna dua oxunandan sonra nitqlər söylənmişdir.

Xatirəsi Azərbaycan üçün hər zaman əziz olan Əlimərdan bəy Topçubaşi'nin ruhu şad olsun !

Sözcü.az

Share on Facebook