Şəmkirin İcra başçısı əsaslı bərpa işlərindən sonra “Əməkçi qadın” heykəlinə baxış keçirib

Şəmkir rayonunun Çinarlı qəsəbəsinin girişində yerləşən “Əməkçi qadın” heykəli əsaslı bərpa olunub, ətrafında abadlıq işləri aparılıb. 

b5c573da72d0c6ed1ece5c5401b7031d.jpg

Yüksək sürətlə hərəkət edən avtomobilin çırpılması nəticəsində dağılan abidə heykəltaraş Savalan Hüseynov tərəfindən eyni görkəmdə tamamilə yenidən qurulub, ətrafı abadlaşdırılaraq işıqlandırılıb, yol nişanları quraşdırılıb. 

Abidənin bərpası Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilib. 

1131b683d9ce9bf97c2c58e924cb5ef7.jpg

Görülən işlərə yerində baxış keçirilib, ərazinin təmiz və abad saxlanılması üçün icra başcısı tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Sözcü.az

Share on Facebook