Biz, qonşu ölkələr, NATO və Avropa Birliyi (AB) olaraq, hibrid təhdidlərə qarşı bütün gücümüzlə, o cümlədən əlavə patrullar vasitəsilə mübarizə aparırıq.
Sozcu.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.
“Rusiya Baltik dənizi regionunda hamımıza təhlükə yaradır. Kəsilmiş kabellər, sıradan çıxmış siqnallar və şübhəli gəmilər bizdə ciddi narahatlıq doğurur”, - nazir əlavə edib.