Ukraynada müharibə başlayandan bəri Çinin Rusiyaya investisiyası ildə 1,2 milyard dollardan 400 milyon dollara düşüb.
Sozcu.az xəbər verir ki, bu barədə “Bell” məlumat yayıb.
“Sərhədsiz tərəfdaşlıq haqqında bəyanatlara baxmayaraq, Pekin Rusiya iqtisadiyyatına investisiya qoymağa tələsmir. Çin öz şirkətlərinə Rusiyanın neft-qaz sektoruna sərmayə qoymağı, avtomobil zavodları tikməyi qadağan edib və “Sibirin Gücü 2” layihəsindən imtina edib. Çindən Rusiyaya son böyük investisiya layihəsi 2021-ci ildə “Sinopec” üçün olub, 360 milyon dollar”, - məlumatda bildirilib.
Nəşr ekspertlərə istinadla yazıb ki, Rusiya bazarı hətta çinlilər üçün çox riskli və qeyri-şəffafdır.