ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında olub.
Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, o, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və onun müavini Maykl Ellis, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin digər yüksək vəzifəli şəxsləri ilə görüşüb. Səfərin məqsədi hərbi idarənin büdcə xərclərinin optimallaşdırılmasına yönəlmiş yenilikləri təqdim etmək olub.