Ermənistanla sülh mümkündürmü? Arif Hacılının “Kavkazski uzel”ə cavabı

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycanla Ermənistan  arasında sülhün yaranmasının mümkün olduğunu bildirib.

“Xocalı faciəsi azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcək. 1992-ci il fevralın 25-26-da biz 613 şəhid vermişik… 150 nəfər itkin düşüb, onlar haqqında bu günə qədər heç bir məlumat yoxdur. Amma bu o demək deyil ki, iki ölkə arasında heç bir danışıqlar aparılmamalıdır. Gələcək nəsillər bu faciəni xatırlayacaq. Amma xalqımızın əksəriyyəti sülhün mümkünlüyünə inanır… Təbii ki, iki dövlət arasında sülh müqaviləsi imzalansa, sərhədlər açılsa, diplomatik əlaqələr qurulsa, beynəlxalq hüquqa hörmət olarsa, o zaman iki xalqın dinc yanaşı yaşaması da mümkündür”, – deyə o, “Kavkazski uzel”in müxbirinə bildirib.

A.Hacılı qeyd edib ki, hazırda Ermənistanda da  Türkiyə və Azərbaycanla sülh istəyənlərin sayı az deyil.

Basta

Share on Facebook