Tramp admnistrasiyasının 50 gün ərzində apardığı əzici kampaniya ukraynalıların iradəsini qırmadı

Ciddə danışıqları bir daha göstərdi ki, ABŞ-Rusiya münasibətlərinin mülayimləşməsinə baxmayaraq Ukraynanın taleyini Ukraynasız həll etmək mümkün olmayacaq. 

30 günlük atəşkəs təklifi ilə bağlı razılaşma əldə olunub. Əslində Ukrayna daha əvvəl suda və havada atəşkəs təklifi irəli sürmüş, Rusiya bu təklifi qəbul etməmişdi. 

ABŞ Ukraynaya kəşfiyyat və təhlükəsizlik yardımını davam etdirəcək. 

Tramp Zelenskini yenidən Ağ evə dəvət edəcəyini bildirib. 

Əsas nəticələrdən biri də odur ki, Tramp admnistrasiyası tərəfindən guya Ukraynanın sülhə razı olmaması barədə yaradılan mif dağılır.  

Bəzi analitiklərin dediyi kimi indi top Rusiyanın tərəfindədir. 

Danışıqlara Zelenskinin ilkin reaksiyası pozitivdir. Rusiyanın atəşkəslə bağlı rəsmi mövqeyi elan edilməsə də Duma deputatları səviyyəsində ilkin mənfi reaksiyalar artıq səslənib. 

Ruslar atəşkəsin Ukraynaya yenidən toparlanma imkanı yaradacağını düşünür. 

Əvvəllər Putin tərəfindən də belə fikir səslənmişdi. 

Bu gün ortada olan reallıq odur ki, Tramp admnistrasiyasının 50 gün ərzində apardığı əzici kampaniya ukraynalıların iradəsini qırmadı. 

Döyüş bölgələrində əsaslı dönüş yaranmadı, Ukrayna cəmiyyəti ruh düşkünlüyünə qapılmadı, Zelenski nüfuzdan düşmədi, əksinə cəmiyyət onun ərtafında yenidən toparlanmağa başladı. 

ABŞ ın NATO da müttəfiqləri Tramp admnistrasiyasının  Ukrayna siyasətinə dəstək vermədi. Əksinə, bu siyasətə qarşı çıxdı. Ukraynanın müdafiəsinə daha çox dəstək vermək barədə qərar qəbul etdi. Türkiyə bu prosesə qoşuldu. Çinin Ukraynaya münasibəti loyallaşdı…

Bütün bunlar Rusiya və rusiyapərəstlərin eyforiyasının uzun sürməyəcəyinə, yenidən bütün daşların yerinə oturacağına ümid yaradır.

Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb.

Share on Facebook