Çexiya Prezidenti Petr Pavel ədalətli sülhə nail olmaq istəyən Ukraynaya dəstək verən geniş beynəlxalq koalisiya yaratmağa çağırıb.
Sozcu.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Ukraynada ədalətli sülhə nail olmaq istəyən böyük miqyaslı beynəlxalq koalisiyanın yaradılması imkanlarını nəzərdən keçirməyin vaxtı çatıb", - Çexiya Prezidenti bildirib. O, bu ölkədə sülhün Kiyevə uyğun şərtlərlə bərqərar olunmasını müdafiə edib.
Çexiya mətbuatının yazdığına görə, dövlət başçısının bu bəyanatı ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilən görüşə və bəzi Avropa dövlətləri liderlərinin Rusiya-Ukrayna münaqişəsini müzakirə etmək üçün bazar günü Londonda keçirilməsi planlaşdırılan sammitinə reaksiya olub. Sammitdə respublikanın Baş naziri Petr Fiala iştirak edəcək.
Yerli KİV-lər qeyd edib ki, Çexiya dəyişən geosiyasi vəziyyət fonunda Kiyevə hərtərəfli yardımın artırılmasının və münaqişənin dayandırılması üzrə danışıqlarda Avropa İttifaqının iştirakının tərəfdarıdır.