Rusiya Ukraynada 1 milyon əsgər itirib - ABŞ

Ukraynadakı müharibədə ümumi itkilər 1,4 milyon nəfərə çatıb: Rusiya 1 milyon, Ukrayna 400 min əsgər itirib.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin geniş hesabatında məlumat verilib.

Hesabatda qeyd olunub ki, 2024-cü ilin yanvarından bəri Rusiya təxminən 1149 zirehli döyüş maşını, 3098 PDM, 300 özüyeriyən artilleriya və 1865 tank itirib.

Rusiya texnikalarının itkiləri Ukraynanın itkilərinə nisbətdə 5:1-2:1-ə təşkil edib.

Hesabata görə, Rusiya Ukraynada İkinci Dünya müharibəsindən sonra bütün Rusiya və Sovet münaqişələrində ölənlərin sayından beş dəfə çox insan itirib.

Rusiyanın Ukraynadakı itkiləri Əfqanıstandakı on illik müharibədən 15 dəfə, Çeçenistandakı 13 illik müharibədən isə 10 dəfə çoxdur.

Share on Facebook