Xəzər Universitetində dava: tələbə bıçaqlandı

Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", - qurum rəsmisi deyib.

Share on Facebook