Şəmkir Şəhər Mərkəzi Parkındakı attraksionlar və uşaq əyləncə alətləri kim tərəfindən özəlləşdirilib ?
Şəmkir rayonunda əsas istirahət məkanlarından biri Şəmkir Şəhər Mərkəzi Parkıdır. Vaxtilə bu park öz gözəlliyi və cəlbediciliyi ilə regionda birinci idi. Sonrakı illərdə parkda müəyyən bərpa və abadlıq işləri aparılıb.
Mətbuatda getmiş məlumatlara baxsaq 2023-cü ildə mərkəzi parkda aparılmış abadlıq işləri çərçivəsində parkın elektrik və işıqlandırma sistemi yenidən qurulmuş, sıradan çıxmış lampalar yeniləri ilə əvəz olunmuş, işıq dirəkləri, o cümlədən skamyalar, tullantı qabları təmir olunaraq rənglənmişdir. Bununla yanaşı Şəmkir Şəhər Mərkəzi Parkında əvvəllər mövcud olmuş velosiped yolu bərpa edilərək asfalt örtüyü salınmış, müvafiq xətlər çəkilmişdir. İlk dəfə olaraq parkda kiçik yaşlı sakinlərin əyləncəsi üçün uşaq oyun meydançası, eyni zamanda digər yaş qruplarından olanların sağlam həyat tərzinin təmin olunması üçün açıq idman meydançası yaradılıb, idman qurğuları quraşdırılıb.
Mətbuatda getmiş məlumatlarda attraksionlar və uşaq əyləncə alətləri haqqında heç bir məlumat yoxdur. Bildiyimiz kimi bir neçə ildir ki, onlar fəaliyyətini dayandırıb. Müəyyən açıqlamalarda oxuyuruq ki, onlar özəlləşdirilib və özəlləşdirən şəxsin qərarı əsasında fəaliyyətini bərpa edə bilər.
İndi sual doğurur dövlətin parkının attraksionlarının satılmasına səbəb nə olub ?
Azərbaycanın ən böyük rayonlarından birinin Mərkəzi Parkında uşaqların istirahəti
hansı səbəbdən bir şəxsin keyfinə, istəklərinə həvalə edilib ?
Parkadakı attraksionları, uşaq əyləncə alətlərini alan adı açıqlanmayan x şəxs kimdir? Həmin şəxsin Şəmkir rayonu kimi böyük bir rayonun Mərkəzi Parkını bu vəziyyətə salmasında məqsədi nədir?
Ceyhun Nəbi, "Sozcu.az"saytının redaktoru