Sosial şəbəkədə Şəmkir Rayon Mərkəzi Xəstəxanası ilə bağlı vətəndaşların biri tərəfindən paylaşım edilib. Sözcü.az olaraq paylaşımı olduğu kimi təqdim edirik:
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsindəki özbaşınalıqlara heç kim nəzarət etmir. Dövlətin qurub yaratdığı xəstəxananı xarabazara döndəriblər, bir dənə olsun belə normal ayaqyolusu yox, ayaqyollarında adi işıqlandırma sistemi nədir o belə öz qaydasında deyil. Natəmizlikdən tarakan Xəstəxananı ağzına alıb. Ancaq xəstələrdən pul dilənməklə məşğuldurlar.
Sözcü.az