Tramp Kiyev küçələrində insanları görsəydi... - Zelenski

Hələ ABŞ-da seçkilər zamanı Donald Trampın Ukraynaya gəlməsini istəyirdim. İstəyirdim ki, Tramp ya öz komandası ilə, ya da kimlə lazımdırsa, Ukraynaya gəlsin.

Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

O, Trampın Ukraynaya səfərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Bu, çox vacibdir: bizim şəhərləri, onların necə mübarizə apardığını, insanların necə yaşadığını, könüllülərin necə çalışdığını, eyni zamanda, gənclərin ölkəni necə qoruduğunu görmək...”

Prezident qeyd edib ki, Ukraynada həyat fərqlidir:

"İstəyərdim, o görsün ki, bizim ölkə nəfəs alır və Şərqi Avropanın ürəyi döyünür. Bu, mənim üçün vacib olardı. Düşünürəm ki, hərbçilərlə ünsiyyət Trampa kömək edərdi. Küçədə insanlarla ünsiyyət, onların Putinə və ruslara münasibəti və bunun 50-100 il ərzində bağışlanmasının mümkün olub-olmadığını görmək...”

Share on Facebook