Bu, döyüş meydanında ordumuzun qazandığı qələbənin masa arxasında təhvil verilməsidir" -Arif Hacılı

"Azərbaycan ərazisində separatçı qüvvələrin nümayəndələri ilə görüş keçirilir. Masada Azərbaycan bayrağı yox, masanın başında rus zabitləri, Rusiya bayrağı, başları üzərində rus generallarının portretləri. Azərbaycan və ölkə bölgəsinin nümayəndələri bərabərhüquqlu tərəflər kimi üzbəüz oturub.  Azərbaycan deputatı hətta milli bayrağımız olan deputat nişanını da çıxarıb".

Sozcu.az xəbər verir ki,bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün "Feysbuk" səhifəsində yazıb. 

"Görüşdən sonra Araik Harutunyan müstəqillik ideyasından bir addım da geri çəkilməyəcəklərini elan edir.

Bütün bunlar əvvəllər də dediyimiz kimi döyüş meydanında ordumuzun qazandığı qələbənin masa arxasında təhvil verilməsinin daha bir sübutu, Azərbaycan xarici siyasətinin və diplomatiyasının növbəti uğursuzluğudur".

6069c2fdd51ce603671a2110787efe33.jpg

Share on Facebook