Şəmkirdə Milli Qəhrəman İsgəndər Aznaurov anılıb

Bu gün Şəmkir rayonu Kür qəsəbəsində Azərbaycan Milli Qəhrəmanı İsgəndər Aznaurov adına olan məktəbdə anım tədbiri təşkil olunub. Milli Qəhrəmanın şəhadətinin 31-ci ilində keçirilən anım tədbirində məktəbinin kollektivi və məktəblilər ilə yanaşı qəhrəmanın döyüş yoldaşları, silahdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir məktəbin həyətində qəhrəmanın büstünün önünə gül-çiçək dəstələrinin düzülməsi ilə başlayıb. Sonra tədbirin rəsmi hissəsi başlayıb. Tədbirə Kür qəsəbəsi Mədəniyyət Evinin rəhbəri Rəfiqə xanım aparıcılıq edirdi. Sonra söz qəhrəmanın döyüş silahdaşlarından, dostu Dilqəm Əliyevə, şəhid Polkovnik Cahangir Rüstəmovun oğlu Elçin Rüstəmova, qəhrəmanın nəşinin dağdan endirilməsinə kömək etmiş döyüşçü Əliyar Novruzova, ehtiyatda olan hərbiçi Vuqar Tağıyevə, Sözcü.az xəbər portalının redaktoru, araşdırmaçı yazar Ceyhun Nəbiyə, Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sərdar Namazova və digər natiqlərə söz verilib. 

Natiqlər qəhrəmanın əziz xatirəsini anıblar və tədbirin təşkili üçün məktəbin direktor əvəzi Könül xanım Əsgərovaya və digər təşkilatçılara öz təşəkkürlərini ifadə ediblər. Qeyd edək tədbir artıq bir neçə ildir ki, ənənəvi olaraq keçirilməkdədir.

Sözcü.az

9e696c5fd3984892edb98b8ae10b2674.jpg736f2a03be887f54bf08052647d96844.jpg42fa9c9f353472f712013a25efa3fb9a.jpg49dd77fafc2a381a5ce442458c8c0b1f.jpgdbafbe5a5003d96103f5fee526029c15.jpg868e3fc08280f4ed3e0c099918fc0e36.jpg

Share on Facebook