İran edam sayına görə dünya lideridir

2024-cü ildə İranda 972 edam hökmünün icrası qeydə alınıb və bu, ötən il dünyada edam cəzalarının 64%-i deməkdir.

Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilib.

“İran hökuməti edam cəzasından etnik və dini azlıqlar və müxaliflərin susdurulması üçün vasitə kimi istifadə edir”, - bəyanatda bildirilib.

2024-cü ildə dünya üzrə ümumilikdə 1518 nəfər edam edilib və ən çox edam İran, İraq və Səudiyyə Ərəbistanında olub.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, ötən il İranda edam edilənlərin sayı 1050 nəfərdir.

Share on Facebook