Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C. qəhvəxanaya silahlı basqın edib.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 22:00 radələrində baş verib. Qeyd edilir ki, silahlı şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində 2-si ağır olmaqla 5 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım cəlb edilib. Yaralılar şəhərin ayrı-ayrı xəstəxanalarına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis silahlı hücumu həyata keçirən şəxsin saxlanılması üçün geniş miqyaslı əməliyyata başlayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.