Arif Hacılı: "Rusiyanın Güney Qafqaz regionuna təsir imkanları məhdudlaşacaq"

"Moldovada məsələ bitdi. Seçkilərdə Dnestryanı və digər ərazilərdə Rusiya tərəfdarlarının ciddi saxtakarlıqlarına baxmayaraq, xalq öz iradəsini nümayiş etdirə bildi. Referendumda avrointeqrasiya tərəfdarları, prezident seçkilərində Maia Sandu qalib gəldi və növbəti turda üstünlüyünü daha da möhkəmləndirəcəyi gözlənilir". 

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı deyib. 

"Növbə Gürcüstanındır" , deyən Arif Hacılı bildirib ki,  bu bazar günü Gürcüstan xalqı öz inkişaf yolunu müəyyən edəcək: 

"Bu seçkilərin nəticələri yalnız Gürcüstan üçün deyil, həm də region ölkələri, postsovet məkanı üçün xüsusi əhəmiyyət kəsb edir və yeni dünya düzəninin formalaşmasına təsir göstərəcəyi şübhəsizdir. 

Ümid edirik ki, bu seçkilərdən sonra Rusiyanın Güney Qafqaz regionuna təsir imkanları bir qədər də məhdudlaşacaq".

Share on Facebook