10:58
İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb.
Sozcu.az xəbər verir ki, meyiti tapılan şəxsin 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Misirxan Nəsirov olduğu bildirilib.
Meyit kəndin su keçidində aşkarlanıb.
Qeyd edək ki, meyiti tapılan şəxsin psixoloji problemləri olduğu vurğulanır.
***
Tircan kəndində su kanalından meyiti tapılan şəxs neçə gün idi ki yoxa çıxmışdı.
Bu barədə Oxu.az-a kənd sakini məlumat verib.
"Misirxanın bir oğlu, bir qızı vardı. Bir neçə il əvvəl oğlu təxminən 22-23 yaşında arı sancması nəticəsində həyatını itirdi. Oğlanın allergiyası olduğuna görə arı sancması onun həyatına son qoydu. Qızı da ailəlidir. Misirxanın əvvəldən də əqli geriliyi var idi, amma oğlu rəhmətə gedəndən sonra vəziyyəti bir az da ağırlaşmışdı. Dünən axşam meyiti tapılıb. Hazırda məsciddədir. Az sonra dəfn olunacaq", - deyə sakin bildirib.