Bəxtiyar Hacıyevin aclıq aksiyası Azərbaycan tarixinin qara səhifəsinə yazılacaq

Azərbaycan tarixində çox sayda aclıq aksiyaları keçirilib. 

Ancaq Bəxtiyarın aclıq aksiyası həm müddətinə, həm də keçirilmə şərtlərinə görə digər aclıq aksiyalarından fərqlənir. 

Aydın görünür ki, Bəxtiyar Hacıyev tələblərinin yerinə yetirilməsi naminə hətta həyatına qəsd etməyə hazırdır. 

Bu aksiyanı bəlkə də yalnız yüz il əvvəl müsavatçıların Solovkidə keçirdiyi aclıq aksiyası ilə müqayisə etmək olar. 

f209e56db4d0206d9ccd60d7abfb694c.jpg

O zaman aclıq aksiyası 40 gündən çox davam etdi. Aksiyada iştirak edən müsavstçıların bir çoxu həlak oldu və bu hadisə sovet-kommunist rejiminin tarixinə qara hərflərlə yazıldı. 

İndi Bəxtiyar Hacıyevin aclıq aksiyasının letal nəticəsi və ya onun sağlamlığında dönməz fəsadların yaranması Aərbaycanın çağdaş tarixinin qara səhifəsinə Elmar Hüseynovun qətli ilə eyni səhifədə yazılacaq. 

Azərbaycan hakimiyyəti digər bütün amillərlə yanaşı bu amili də nəzərə almalı, Bəxtiyar Hacıyevi dərhal azad etməlidir!

Arif Hacılı, Müsavat Partiyasının başqanı

Share on Facebook