Əlində duz səpə-səpə...

Yenə bu bədbəxt şəhərə,

Qar yağıb,min dərd gətirdi.

Yenə məmurlar qazandı,

Yenə kasıblar itirdi. 

Çay içib, nə mürgülərdim,

Soba yanında bürüşüb?!

Dayanacaqda durmuşam,

Əlim-ayağım büzüşüb. 

"Heç yaraşmır Bakıya qar",

Deyib, deyinir insanlar.

Qarın deyil,məmurların

Ucbatındandır nöqsanlar. 

Əlində duz səpə-səpə,

JEK-in işçisi gəzişir.

Rəisisə  otağında

Katibəsiynən sevişir. 

Sürüşən kim,yıxılan kim,

Əli-qolu qırılan kim.

Bakının merin yad edən,

Məzar daşı yarılan kim. 

Tez çataydım evə, məndən

Nigaran qalıbdır anam.

Mən soyuqda küçədəki

Heyvanlardan nigaranam 

Qarın altında büzüşüb,

Boynu bükük qalıb nərgiz.

Alo .Çörək alım?Yaxşı.

Yoldayam,gəlirəm Nərgiz.

Elçin Rəhimzadə

Share on Facebook