İrəvan meriyasının iki əməkdaşı saxlanılıb.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib.
Məlumata görə, saxlanılanlar rüşvət almaqda ittiham olunurlar.
“Hələlik ibtidai istintaqın maraqları baxımından təfərrüatı açıqlamırıq”, - komitədən bildirilib.
Ermənistan mətbuatının yazdığına görə, bu gün Antikorrupsiya Komitəsi İrəvan meriyasının İctimai asayişin mühafizəsi xidmətində axtarışlar aparıb.