Daha bir nəfər spirtli içkidən zəhərlənib öldü

Yevlaxda zirzəmidə kişi meyiti tapıldı.

Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Varvara kəndində yerləşən zirzəmilərdən birində baş verib. 1984 -cü il təvəllüdlü Elməddin Bahadurov zirzəmidə işləyən zaman dünyasını dəyişib.

İlkin ehtimala görə, mərhumun spirtli içkidən zəhərləndiyi ehtimal olunur.

Hadisə ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Share on Facebook