Gəncədə ana və körpəsi doğuş zamanı öldü

08:16

Gəncədə 41 yaşlı qadın və körpəsi doğuş zamanı ölüb.

Sozcu.az xəbər verir ki, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Z.Yusifova Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə 41 yaşlı hamilə qadının ilkin ölüm səbəbi açıqlanıb.

TƏBİB-dən bildirilib ki, bu gün səhər saat 05:00 radələrində 1984-cü il təvəllüdlü qadın ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.

Qeyd olunub ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Share on Facebook