Qubada qəza: Sürücünün oğlu öldü

Qubada avtomobil qəzası olub.

Sozcu.az xəbər verir ki, rayon sakini Bayaz Ədilov Susay kəndi ərazisində idarə etdiyi “VAZ-21010” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildə olan sərnişinlərdən Nahid Ədilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Share on Facebook