Qarabağ qazisinə kassasiya şikayətini yazmağa vəkil ayrılıb, amma bir aydır yazan yoxdur

Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, “dost” məmurlarının pensiyasının yarısını, reabilitasiya vasitəsi avtomobili də içində olmaqla daşınar -daşınmaz əmlakının hamısını apardığı,  xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Abbaszadə Xaliq Əvəz oğlunun Bakı  Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının  (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarından kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında ərizəsi 26.04.2023 tarixli qərardadla təmin olunub . Qərarın icrası Vəkillər Kollegiyasına həvalə olunsa da, hələ də vəkil xidmətindən soraq yoxdur. 

Xatırladırıq ki, Qarabağ qazisi 10 ildir sığorta, yol polisi,   məhkəmə, icra, sosial müdafiə … ortaq dələduzluğunun qurbanına çevrilib. Qarabağ qazisinin reabilitasiya vasitəsi olan 90-HX-384 nömrəli “əlil maşınını” 10-CK-200 nömrəli “Nissan”la dayandığı yerdə arxadan vurub, “metallomluq edən” Fərid Zakir oğlu Hüseynovun “avtoşbala” haqqı” Suraxanı yol polisi Tahir İsgəndərovu necə “hayıl-mayıl” edibsə, “hallı” məmur oğlunu atasının zəngi ilə alkoqol testindən keçirməyib, amma Qarabağ qazisi testdən keçib. Halbuki, belə yol qəzalarında alkoqol testi məcburidir. Testdən imtina şəxsin alkoqolun təsiri altında olduğu kimi qiymətləndirilir. Tahir İsgəndərov qanundan aldığı təlimatı yox, “avtoşbala”nın atasından aldığı “təlimata uyğun” olaraq, Qarabağ qazisinə dəyən ziyanın ödəniləcəyinə söz verib , amma  10 gün keçməmiş  heç bir protokol tərtib etmədən məhkəmə qaydasında inzibati xəta törətməyə görə 400 manat cərimə edib. Bundan sonra dələduzluq estafeti Ədliyyə Nazirliyinin icra məmurlarına və “Rəvan” sığorta şirkətinə ötürülüb. “Rəvan” sığorta şirkəti törəməsi olduğu “Nurgün”də saxta 10 min manatlıq defekt aktı tərtib edib, xaricdə müalicəyə ehtiyacı olan qazidən 3 təzə “əlil” maşını”nın dəyərində ziyanhaqqı tələb edib. Maliyyə Nazirliyi bu saxtalığa görə, həm “Rəvan” sığorta şirkətini, həm də “Nurgün”ü bir neçə dəfə cərimələsə də, dələduz şirkət nəinki geri çəkilib, əksinə, cərimələrdən daha da qərəzini artırıb. Təsəvvür edin, Qarabağ qazisinin “Rəvan” sığorta şirkətinə qarşı iddiasına Nərimanov məhkəməsində baxıldığı zaman,  cavabdeh Sabunçu məhkəməsində maşının yiyəsi şəhidə və iddiaçıya qarşı iddia qaldırıb! (???) Məhkəmə hüquq sisteminin “ədalətinə” özünüz qiymət verin, nədən nə Məhkəmə Hüquq Şurası, nə də digər aidiyyatı qurumlar bu özbaşınalığa qiymət verir. Sabunçu məhkəməsi ,başqa məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə iş olması səbəbindən icraata xitam verməli olduğu halda, işi Suraxanı məhkəməsinə ötürüb. Qarabağ qazisi bu “ötürmə qərarı”ndan apellyasiya şikayəti və təmin olunmadığından, Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin 13.05.2017 tarixli qərarı 6 ildir icra olunmur. Suraxanı məhkəməsi ( Ramil Həsənov) Ali Məhkəmənin qərarından bir il qabaq saxta 16.11.2016 tarixli qətnamə ilə Qarabağ qazisini “üstünə benzin töküb yandırma” cəzasına məhkum edib. Özbaşınalığa baxın, Ali Məhkəmə 2017-ci ildə işin məhkəmə aidiyyatını müəyyən edib, baxmağa göndərib, amma artıq bir il qabaq Suraxanı məhkəməsi iş üzrə qətnamə çıxarıb? ! Təbii ki, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən qanuni qüvvəyə minməyib. Amma Ədliyyə Nazirliyinin Suraxanı icra məmuru Vüsal Əliyev bu saxta, qanuni qüvvəyə minməmiş qətnamədən Qarabağ qazisinə qarşı təzyiq kimi yararlanıb, daşınar -daşınmaz əmlakına həbs qoyub. Bu icra məmurunun özbaşınalığı o həddə çatıb ki, olmayan icra sənədi üzrə “borcu”Qarabağ əlilinin pensiyasına məktubla  (?) yönəldib . DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da ağına -bozuna baxmadan məktub əsasında  (?)Qarabağ əlilinin pensiyasının yarısını dələduz “Rəvan” sığorta şirkətinə iki ay ödəyib . “İcra haqqında” qanunun 68.1.2 maddəsini media qurumları tirajlayandan sonra pensiyadanyeyilmə dayandırılıb, amma yeyilən 351 manat qaytarılmayıb. 

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Suraxanı icra şöbəsinə , Nərimanov məhkəməsində “Rəvan” sığorta şirkətinə qarşı,  Bakı İnzibati Məhkəməsində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yeyilən pensiyanın geri qaytarılması tələbi üzrə Qarabağ qazisinin iddiaları hələ ki, ədalətli sonuc vermir. Məhkəmə hakimiyyəti, cavabdehlər,  eldə deyildiyi kimi, ARI ATIB, NAMUSU YEYİBLƏR. Xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisinin pensiyasını yeməklə doyacaqlar? 

Nə isə, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin İPM-in 68-ci maddəsi əsasındakı  “daxili inam”I “İcra haqqında” qanunun 68.1.2 maddəsini ( “ TƏLƏB,  BORCLUNUN XİDMƏTİ VƏZİFƏLƏRİNİ YERİNƏ YETİRƏRKƏN ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZ”) görməzliyə vurub. Eləcə də Bakı Apellyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi olan heyətini də. İndi Vəkillər Kollegiyası 26.04.2023 tarixli qərarı icra edib, qazinin kassasiya şikayətini yazsa, Ali Məhkəmənin ədaləti bərpa etməməyə heç bir əsası yoxdur. 

Məğrur Bədəlsoy

Share on Facebook