Zaqatalada ağır qəza: sürücü öldü

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində VAZ-2106 və motosiklet toqquşub.

Sozcu.az xəbər verir ki, nəticədə motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Share on Facebook