ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı təklif Nümayəndələr Palatasına təqdim edilib.
Sozcu.az xəbər verir ki, bununla bağlı ABŞ-ın Demokrat konqresmeni Şri Tanedar X sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Mən yeddi maddəlik impiçment qətnaməsi təqdim etmişəm. Tramp Konstitusiyanı, Konqresi və məhkəmələri nəzərə almır, demokratiyanı təhlükə altına qoyur”, – o vurğulayıb.
Konqresmen həmçinin Ağ Ev rəhbərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini vurğulayıb.