Rusiyanın itkiləri 941 mini ötdü

Ukrayna müharibənin 1152-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 941 100 hərbçi, 10 677 ədəd tank, 22 271 ədəd zirehli döyüş maşını, 26 649 ədəd artilleriya sistemi, 1 368 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 139 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 45 274 ədəd avtomobil texnikası, 33 240 ədəd PUA, 3 148 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 859 xüsusi avadanlıq itirib.

Share on Facebook