Ukraynanın Dnipropetrovsk vilayətində yerləşən Krıvıy Rih şəhərinə raket hücumu nəticəsində iki nəfər həlak olub, 29 nəfər yaralanıb.
Sozcu.az xəbər verir ki, bu barədə regionun başçısı Serhiy Lısak teleqramda yazıb.
Onun sözlərinə görə, 20 yaralı ağır vəziyyətdədir və həkimlər onların həyatı üçün mübarizə aparır.
Daha əvvəl Ukrayna Hərbi Hava Qüvvələri cənub istiqamətindən ballistik silah tətbiqi təhlükəsi və adıçəkilən şəhərə doğru yüksəksürətli hədəf barədə xəbərdarlıq etmişdi.