İki çinli Donetskdə əsir düşdü - Çindən açıqlama

Çin Ukrayna münaqişəsində iştirak etmək üçün qoşun göndərməyib və ölkə hakimiyyəti öz vətəndaşlarından hərbi əməliyyatlarda iştirak etməməyi tələb edir.

Sozcu.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lin Szyan deyib.

“Çin hökuməti həmişə öz vətəndaşlarından Ukraynadakı silahlı münaqişə zonasından uzaq durmağı, hər hansı formada iştirakdan çəkinməyi tələb edib”, - Szyan bildirib.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Donetskdə əsir düşən iki çinli əsgərin görüntülərini paylaşmışdı.

Share on Facebook