Gördüyünüz fotolar Çinarlı qəsəbəsi şəhid Aqil Mürşüdov küçəsinin girişidir. 26 avqustda Azərişığın əməkdaşları tərəfindən transformatorun tənzilməyicisi çıxarılaraq götürülüb. Harada olduğu, bu günə qədər yerinə niyə qaytarılmaması haqqında heç kəs izahat vermir. Bu səbəbdən küçədə yaşayan sakinlərin evində bir neçə dəfə yanğın təhlükəsi yaranıb. Transfarmatora bağlı naqillərin üstü isə açıqdır. Ətrafı tamamən açıq(qəsəbənin əsas ictimai yerlərindən biridir) transformator ölüm mənbəyidir( ətrafında oynayan uşaqları fotoda görə bilərsiniz). Vətəndaşlara xidmət edirik adı altında ölüm mənbəyi yaradan şəxsləri, qurumları məsuliyyət dərketməyə, öz işlərini doğru şəkildə görməyə dəvət edirik.
Sözcü.az