Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə...

Yaxın iki gün ərzində Ukraynada uzunmüddətli atəşkəslə bağlı razılaşma əldə oluna bilər.

Sozcu.az xəbər verir ki, bunu “Bild”ə Almaniyanın yeni kansleri Fridrix Merzə istinadən yazıb.

“Mən çox ümid edirəm ki, bu həftə sonu Ukraynada atəşkəs razılaşması əldə olunacaq”, - deyə o bildirib.

Merzin sözlərinə görə, üç günlük atəşkəsin 30 günə qədər uzadılması ehtimalı var. O zaman sülh sazişi üzrə danışıqlar başlaya bilər.

"Mən bu təşəbbüsü qətiyyətlə dəstəkləyirəm. Onu da bilirəm ki, Fransa, Böyük Britaniya və Polşa hökumətləri bu mövqeyi bölüşürlər. Bu həftə sonu, Moskvada böyük hərbi paradla qeyd olunan gündən sonra atəşkəsə nail olmaq şansı var.", - Merz deyib.

Merz vurğulayıb ki, həm Ukrayna, həm də Avropanın böyük dövlətləri bu təşəbbüsü dəstəkləyir və onunla razılaşır.

Share on Facebook