“Ukrayna dronları xeyli müddətdir ki, Rusiyaya məxsus ağır bombardmançı təyyarələrin ovuna çıxıb. Onlar həmin təyyarələri “axtarıb tapır” və dərhal məhv edirlər”.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiya bu təyyarələri qorumaq üçün onları döyüş bölgəsindən minlərlə kilometr uzaqlıqda gizlətsə, habelə onların yerini tez-tez dəyişsə də, Ukrayna dronları bu təyyarələri tapmaqda, onları sıradan çıxarmaqda davam edir.
Nəşrin məlumatına görə, son günlər Ukrayna dronlarının Rusiyanın ucsuz-bucaqsız ərazilərində tapıb məhv etdiyi təyyarələrdən biri də Tu-95 təyyarələridir. Ukrayna bu təyyarələrə Saratov yaxınlığındakı Engels hava bazasında təkrar zərbə endirdikdən sonra Rusiya həmin təyyarələri Murmans vilayətindəki Kola yarımadasında “gizlətmişdi”. Lakin Ukrayna dronları onları bu yarımada da tapmış və məhv etmişdir.
Nəşr hesab edir ki, “Hörümçək toru” əməliyyatıdnan Urkrayna dronlarının Rusiya təyyarələrinə qarşı hücum əməliyyatlarəı daha intensiv və sistemli hal alacaq. Bu hücumlardan yayınmağı çətinləşdirən əsas amil isə həmin təyyarələrin hədsiz böyüklüyü səbəbindən peyk kəşfiyyatı tərəfindən rahatlıqla təsbit edilməsidir.