Tovuzda 42 yaşlı qadın dəm qazından boğuldu

Tovuzda dəm qazından zəhərlənmə olub.

Sozcu.az xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü K.Əmrahova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz Rayon Prokrorluğunda araşdırma aparılır.

Share on Facebook