Başkənd uğrunda savaş( 1992-ci ilin avqustu) - Dilqəm Əliyev yazır

Artıq məşhur BAŞKƏND əməliyyatının üstündən 31 il keçir. Son illərdə bir çoxları həmin əməliyyatı, orada gedən döyüşlərə rəhbərliyi öz adı ilə bağlama çalışır və bununla da başqalarının haqqına girirlər. BAŞKƏND son 200 ildən də çox vaxt ərzində rəsmi olaraq yeganə erməni ərazisidir ki, Azərbaycan Ordusu onu 08.08.1992-ci ildə düşməndən təmizləyib və kənd indi də nəzarətimizdədir... 

123b9513098dcccaeebdeb2e0abaed55.png

 Başkənd haqqında qısa məlumat:

 -- Ərazisi: 4600 Ha+400Ha zəbt= 5000Ha.

 -- Əhalisi: +- 10.000 nəfər.

 -- Sahə müvəkkili: Kapitan Mujikyan.

 -- Sovet Sədri (İcra Nümayəndəsi) Xaçikyan Mamiko Sərxan oğlu.

 -- Başkənddə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdular. Yığılan məhsul o qədər çox olurdu ki,İrəvanın bazarlarını da doldururdular.

 -- Kənndə 2(iki) ədəd vertolyot(helikopter) meydançası,kabel televiziyası,tikiş və ayaqqabı fabrikaları,nəhəng kinoteatr və demək olar ki,hər şey var idi.

e292bdfb62744f910e8004bf93684213.png

 Hadisələrin xronikası:  

 -- 03.08.1992-ci il--Şəmkirdə yerləşən 861 saylı alay (Komandiri Polkovnik Leytenant Rüstəmov Cahangir İsgəndər oğlu) tam heyətlə Gədəbəyi qorumaq üçün Gədəbəyə qalxdı.

 -- 03-04 avqust 1992-ci il--861 saylı H.H-nin bölükləri kəndin ətraflarına yerləşdirilməyə başlandı. 4-cü batalyonun hərbçiləri kapitan Rizvan Pirnəzərov, leytenant Hafiz Musayev, çavuş Azər Cəfərov İvanovka kəndi istiqamətindən Aşırım mövqeyinə hərəkət edərək Başkəndə köməyə gedən düşmən T-72 tankına atəş açaraq ələ keçirtdilər. Sonra isə yolu təmizləməyə gələn Komatsu markalı traktoru ələ keçirtdilər. 

 -- 04.08.1992-ci il PDM-1dən Saratovka kəndi təpəliklərindən Başkənddəki fermaya atəş açaraq düşmənin 10-12 nəfər canlı (hərbçi) qüvvəsini məhv etdim.

 -- 05.08.1992-ci il--erməni və rus hərbçiləri hücum edərək Başkənd Krasnoselsk yolunun üstündə duran MUTUDƏRƏ kəndinin zastavasının zəif və güclü yerlərini dəqiqləşdirdilər. 

 -- 06.08.1992-ci il-- erməni və rus hərbçiləri hücum edərək MUTUDƏRƏ zastavasını ələ keçirdərək Başkənd-Krasnoselsk yolunu tam nəzarətə götürdülər və bununla da BAŞKƏND faktiki olaraq Ermənistana birləşdirildi. Bu zaman düşmənin qəfil hücumunun qarşını ala bilməyən zastavanın döyüşçüləri geri çəkilməyə məcbur oldular. Düşmən 2-ci Batalyonun 1-ci rotasının Zam.Politi leytenant Məzahir Rüstəmovu əsir götürərək böyük işgəncələrdən sonra başını kəsdilər.

 --06.08.1992-ci il Özünü Boz Qurd adlandıran dəstənin komandiri Etibar Əmiraslanov öz dəstəsi ilə gələrək 2-ci Batalyonun komandiri, Əfqanıstan döyüş məktəbini keçmiş, 200-dən çox əməliyatın hamısını qələbə ilə başa vurmuş, polkovnik leytenant Malbaxov Vyaçeslavı və həmin batalyonun 1-ci rotasının komandiri leytenant Hacıyev Bayramın əllərini tikanlı məftillərlə bağlayıb özləri ilə naməlum istiqamətə apardılar. Bununla da Mutudərənin müdafiəsi rəhbərsiz və başsız qaldı, Şınıxın içərisinə doğru yollar düşmən üçün açıldı, ümumilikdə Gədəbəy rayonu olduqca təhlükəli duruma düşdü. Ermənilər bundan istifadə edərək Mutudərə və Qasımağalı kəndlərini tam işğal etdilər.

 -- 06.08.1992-ci il--Tovuz rayonunun Göyəbaxan kəndi istiqamətindən BAŞKƏNDdəki erməni mövqelərinə PDM-1 dən atəş açaraq düşmənin 12-15 nəfər canlı qüvvəsini,1(bir)ədəd D-44 markalı topunu (döyüş sursatı ilə birgə), 1(bir)ədəd PDM-1-ni sıradan çıxartdım.

 --Mutudərə və Qasımağalı kəndlərinə düşmən hücumu başlayanda həmin ərazini qorumalı olan Gədəbəy rayonunun OMON ları sadəcə olaraq aradan çıxdılar...

 Nəticə: 06.08.1992-ci ildə -- Başkənd Ermənistanla tam birləşdi...

     DAVAMI VAR...

Dilqəm Əliyev

Share on Facebook