İlon Maskın keçmiş sevgilisi Trampa öz köməyini təklif etdi

Amerikalı milyarder İlon Maskın keçmiş sevgilisi Eşli Sent-Kleer prezident  Donald Trampla əlaqə saxlayaraq ona öz köməyini təklif edib.

Sozcu.az xəbər verir ki, Eşli Sent-Kleer bunu Mask və Tramp arasında gərginliyin artması fonunda edib. Eşli Sent-Kleer X sosial şəbəkəsində Trampa ünvanlanan çağırışında qeyd edib ki, məsləhətə ehtiyacı varsa, ona yazsın.

İlon Mask prezidentin təklif etdiyi büdcəni kəskin tənqid etdikdən və həmçinin onun köməyi olmadan Trampın 2024-cü il prezident seçilə bilməyəcəyini dedikdən sonra onların münasibəti gərginləşib.

"Mən olmasam, Tramp uduzardı. Demokratlar Nümayəndələr Palatasına, respublikaçılar isə Senatda cəmi 51 yerə sahib olardılar. Belə bir nankorluq", - Mask sonradan silinən paylaşımında yazıb.

Mask Donald Trampın adının məhkum edilmiş cinsi cinayətkar Epstein ilə əlaqəli sənədlərdə keçdiyini də qeyd edib:

"Əsl bombanı atmağın vaxtı gəldi: Donald Trampın adı Epsteinin fayllarındadır". 

Eşli Sent-Kleer keçən il Maskla izdivacdan oğlan uşağı dünyaya gətirib. Aprel ayında o, “The Wall Street Journal”a deyib ki, milyarder ona uşağın atasının kim olduğunu deməməsi üçün 15 milyon dollar, həmçinin uşağın 21 yaşına qədər aylıq 100 min dollar ödəmə təklif edib.

Share on Facebook