Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub.
Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
“Saat 08:06-da Tiflisdən 4 km aralıda 3,6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 24 km dərinlikdə yerləşib”, – məlumatda bildirilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.