Rusiya Prezidenti Vladimir Putin NATO-nun bir kvadrat kilometrinə belə hücuma cəsarət edə bilməz, çünki ölkəsi dərhal genişmiqyaslı hücuma məruz qalacaq.
Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
“Putin hesab edirsə ki, ölkəsi üçün əhəmiyyətsiz risk hesabına NATO-nun bir kvadrat kilometrinə belə hücum edə bilər, yanılır. Bu baş versə, Rusiya NATO-nun güclü zərbəsi ilə üz-üzə qalacaq. Putin bunu bilir”, – Rutte Zelenskinin Rusiyanın NATO üzvlərinə hücumla bağlı kəşfiyyat məlumatları olması barədə açıqlamasını şərh edərkən vurğulayıb.
Bununla belə Rutte alyansın 4-5 il ərzində mühüm qərarlar qəbul etməyəcəyi halda ciddi çətinliklərlə üzləşəcəyini bildirib.