Suriyada bir sıra əməliyyatlar zamanı Türkiyə və İsrail təyyarələrinin qarşılaşma ehtimalı var.
Sozcu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bir sıra millət vəkilinin suallarını cavablandırarkən deyib.
“Çünki həm Türkiyə, həm də İsrail qırıcıları oraya gedir. Qarşılıqlı gərginliyin yaranmaması mövzusunda keçmişdə ABŞ və Rusiya ilə qurduğumuz mexanizmlər mövcuddur. Bu mexanizmə İsrailin də əlavə edilməsi lazımdır. Bunu təmin etmək üçün texniki təmasların olması normaldır”, - Fidan bildirib.