Ailədaxili zorakılıq: Azərbaycanda 58 kişi arvadından kötək yeyib

Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb.

Sozcu.az report-a istinadla xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.

Onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib:

"Bundan başqa, 137 evli, 140 subay, 53 boşanmış şəxsin Dövlət Komitəsinə müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80-i 36-55, 28 nəfəri isə 56+ yaş aralığında olan şəxslərdir".

Share on Facebook