Bu il Azərbaycan Ədliyyəsinin patriarxı Xəlil bəy Xasməmmədlinin anadan olmasının 150 illiyi tamam olur

Bu il Azərbaycan Ədliyyəsinin patriarxı Xəlil bəy Xasməmmədlinin anadan olmasının 150 illiyi tamam olur. Azərbaycan Cümhuriyyətinin məhkəmə, prokurorluq, polis sisteminin formalaşmasında, təkmilləşməsində, ərsəyə gəlməsində onun sərf etdiyi əmək hədsiz dərəcədə böyükdür. 

Moskva Dövlət Universitetinin Hüquq fakultəsini bitirmiş Xəlil bəy Xasməmmədli aldığı yüksək təhsil ilə yanaşı hüquq sahəsində çalışmaqla bərabər Çar Rusiyası Dövlət Dumasında iki dəfə millət vəkili olmuş, böyük təcrübə qazanmışdı. Demokratik Respublika ərsəyə gələndə bu baxımdan azsaylı dövlət adamlarımızdan biri idi. Əhməd Cəfəroğlu Xəlil bəylə bağlı qeyd edirdi ki, mərhum Xəlil bəy yarımtəhsilli, şansını siyasi və firqəvi turniklərdə sınamağa çalışanları xoşlamazdı, onları işin içindən uzaqlaşdırmağa çalışardı. Şüursuz millətçiliyin və yalançı vətənçiliyin amansız düşməni idi. Hələ Azərbaycanın faciəli durumundan özünə nicat yolu, şöhrət, pul qazanmaq üçün istifadə edənlərlə hər yerdə açıq-açığına mücadilə etmiş və sevdiyi dost mühitin vicdani məhkəməsinə başvurmuşdur.

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Share on Facebook