İsrail Müdafiə Ordusunun Baş Qərargahının Operativ Əməliyyatlar İdarəsinin istefada olan rəisi general-mayor Oded Basyuk bu həftə Bakıya səfər edib.
Sozcu.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.
Qəzet İsrail ordusunun bu barədə mətbuatda gedən xəbərləri təsdiq etdiyini bildirib.
Məlumata görə, general Türkiyə rəsmiləri ilə görüşündə Suriya ilə bağlı təhlükəsizlik məsələlərini müzakirə edib.
Qeyd edək ki, mayın 14-də ABŞ Prezidenti Donald Tramp Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşü zamanı ondan İsraillə münasibətləri normallaşdırmağı istəmişdi.